Təhlükəsizlik kameraları

Müasir təhlükəsizlik sistemlərini bütün sutka boyunca – 24 saat ərzində fasiləsiz davam edən videomüşahidəsiz təsəvvür etmək qeyri-mümkündür. Texnologiyaların sürətli və güclü inkişafı, videomüşahidə sistemini baş verən hadisələrin passiv şahidi olmaq rolundan çıxarmışdır. Süni intellekt vasitəsilə idarə olunan bu sistem, bundan sonra yalnız biometrik tanınma ilə məhdudlaşmayacaqdır. Artıq videomüşahidə sistemi müəyyən hərəkət tərzi və davranış alqoritmlərinə, ştatdankənar vəziyyətlərə də reaksiya verən geniş bir sahəni əhatə edir.


Təhlükəsizlik sistemlərinə nəzarət məsələsində insan amilinin rolu böyükdür. Onlarla monitorda baş verənləri izləyən operator çox qısa bir zaman ərzində ayıq-sayıqlığını itirir. Müşahidəni həyata keçirən işçi heyət monitor arxasında nə qədər çox vaxt sərf edirsə, bir o qədər də işin effektivliyi aşağı düşür. Bu da ki, təbiidir. Çünki, 99 faiz hallarda heç bir şey baş verməyən monitorların ekranlarına diqqətlə baxmaq və orada şübhəli məqamları tapmağa çalışmaq – praktiki olaraq qeyri-mümkün bir işdir.


Lakin süni intellekt vasitəsilə idarə olunan analitik videomüşahidə sistemi heç zaman yorulmur. O, eyni zamanda yüzlərlə insanı “tanımağa” və “müşayiət etməyə” qadirdir. Məsələn, əgər süni intellekt kiminsə çantanı və ya bağlamanı qoyub, ondan uzaqlaşması kimi proqramlaşdırılmış həyəcan alqoritmini ekranda müşahidə etsə, təxirəsalınmaz şəkildə təhlükəsizlik xidmətinin əməkdaşını bu barədə xəbərdar edəcəkdir. Diqqəti həyəcan siqnalı gəlmiş monitora cəlb edilmiş operator isə öz vəzifəsini yerinə yetirərək, vəziyyətə reaksiya verir və müvafiq protokolları işə salır.

“Logi Group” MMC şirkəti otaqların və sahələrin həm daxilində, həm də xaricində videomüşahdə sistemlərini layihələşdirir, quraşdırır və onlara xidmət göstərir. Şirkət habelə, sifarişçinin sistemlə işləmək üşün müəyyən etdiyi işçi heyətinin sertifikatlaşdırılmış təlimini də həyata keçirir.