Barmaq tanıma sistemləri

Barmaq izi tanıma sistemlər (Fingerprint sistemləri) - İcazələrin nəzarəti sistemi məkana girməyə izacəsi olan insanların nəzarəti və təhlükəsizliyini təmin edən avadanlıqdır. İnsanları barmaq izinə görə tanıyan sistemlər bu avadanlıqlara aiddir. Hər bir insanın barmaq izləri təkrarolunmazdır və bir neçə unikal xüsusiyyətə malikdir. Biometrik təhlükəsizlik sistemləri elektron açarlardan və ya kartlardan təhlükəsizdir, çünki elektron daşiyıcıları evdə yaddan çıxarmaq və ya itirmək olar.

Barmaq izi oxuyucusu - ən çox yayılmış, universal və az büdcəli biometrik tanıma sistemidir. Barmaq izi tanıma sistemləri uzunömürlüdür və zədələmənlərə qarşı dayanıqlıdır. İnsanın tanınması barmaq döşəkcələrindəki individual görüntü üzərində baş verir. Sonra sistem barmaq izini bazasında olan barmaq izi ilə uyğunlaşdırır.

Bu nəzarət sistemini almazdan öncə, onun yadda saxlaya biləcəyi barmaq izi sayına diqqət yetirin. Mühafizə olunan obyektə girə biləcək istifadəçilərin sayı bu parametrdən asılıdır.

Biometrik sistemlər - müxtəlif tapşırıqlar yerinə yetirilən sahələrdə istidadəçinin identifikasiyası tələb olunduqda istifadə olunan universal texnologiyadır. Bu sistem sizin biznesin resurslarını izacə verilməyən girişdən qoruyur və əməkdaşların işini maksimum effektiv təşkil edir.

Ekonomikanın müxtəlif sahələrində istifadə olunur:

  • Nəqliyyat və tikinti sahələrində;
  • İstehsal təşkilatlarında;
  • maliyyə sektorunda;
  • İT;
  • alqı-satqı;
  • dövlət və səhiyyə şirkətlərində.

Barmaq izi tanıma sistemləri icazəsiz girişin qarşısını alır və nəzarət funksiyasını yerinə yetirir. .