Haqqımızda

Logi Group MMC İT autsorsinq şirkətidir. Serverlərin, şəbəkələrin və təhlükəsizlik sistemlərinin qurulması xidmətlərini göstərir. Fəaliyyət göstərdiyimiz illər ərzində şirkətimiz informasiya sistemlərinin qurulması və idarə olunması üzrə zəngin  peşəkar biliklər və təcrübə əldə etmişdir ki, bu da bizə öz müştərilərimizə geniş çeşidli xidmətlər təklif etməyə imkan yaradır.  

Məqsədimiz, təşkilatlarda biznes proseslərin stabilliyini, təhlükəsizliyini təmin edən və effektivliyini artıran faydalı IT xidmətlər göstərməkdir. 

Şirkətdə öz işini bilən peşəkarlar çalışır və iş, müştərilərə yüksək xidmət göstərilməsi üçün dəqiqliklə bölüşdürülmüşdür. 

Əməkdaşların seçimi bir çox peşəkar və mənəvi xüsusiyyətlərə görə aparılmışdır ki, bu da təşkilati cəhətdən möhkəm komanda yaratmağa imkan vermişdir.

Mütəxəssisləşmiş mühəndis, formen və usta heyəti ilə gördüyümüz bütün işlər beynəlxalq standartlara tam cavab verir.
Sektorda müraciət edilən firmalardan biri olan Logi Group MMC, müştərilərimizin gözləntilərinə cavab olaraq hər gün inkişaf etməyə davam edirik. Elektrik/ elektronik sistemlərdən şəbəkəyə, sistemin inteqrasiyasına qədər bir sıra sahədə müştərilərimizin ehtiyaclarına özəl həll yolları təqdim edirik. «Daha yaxşısı da mümkündür!» prinsipi ilə çıxdığımız yolda hər zaman daha yaxşı işləmək üçün çalışır, komanda yoldaşlarımızın da daim özlərini təkmilləşdirən, yeniliklərə və yenilənməyə açıq şəxslər olmasına diqqət edirik

Azərbaycan

Özbəkistan

Copyright © 2020-2023 Logigroup.az