- Həllər və xidmətlər
Ağıllı təhlükəsizlik sistemləri
Giriş-çıxışa nəzarət sistemləri
Ağıllı ev sistemləri
- Müştərilərimiz
- Tərəfdaşlar
- Haqqımızda
- Galereya
Server otağının qurulması
Server otaqları - İT sistemi təşkil edən bütün avadanlıqların və sistemin ürəyi sayılan serverlərin təhlükəsiz, etibarlı və fasiləsiz fəaliyyətini təmin etmək üçün istifadə olunur.
Biz server otaqlarının hazırlanmsı prosesində EIA/TIA-569-B standartından istifadə edirik. Bu standarta əsasən server otağında optimal mühitin yaradılması üçün aşağıdakı göstəricilər nəzərə alınmalıdır:
- Otaqdakı havanın tempraturu (180C – 240C)
- Havanın nisbi rütubətliliyi (30% - 55%)
- Tozun miqdarı (10-6 q/m3)
- Elektromaqnit dalğalarının təsiri (>3 V/m)
- İşıqlandırma səviyyəsi (540 lk)
- Atmosfer təzyiqi ( 147 Pa )
Bundan başqa server otağındakı avadanlıqların fasiləsiz fəaliyyətini və təhlükəsizliyini təmin etmək üçün aşağıdakı avadanlıqları quraşdırmaq lazımdır:
1. Enerji sistemi
- Generator
- UPS
- Paylayıcı qurğu
2. Mikro iqlim qurğuları
- Kondensioner
- Havalandırma sistemi
- Mikroiqlimə nəzarət qurğusu
3. Təhlükəsizlik qurğuları
- Girişə nəzarət qurğusu
- Mühafizə xəbərdarlıq qurğusu (siqnalizasiya)
- Yangın xəbərdarlıq qurğusu
- Video müşahidə qurğusu (kamera)
- Avtomatik yanğın söndürmə sistemi