IT Autsorsing

İT Autsorsinq –informasiya sisteminin qurulması və idarə olunması üzrə işlərin kənar təşkilata həvalə olunmasıdır.

Autsorsing təcrübəsi yeni ideya deyil. Şirkətlərin əksəriyyəti reklam, maliyyə, hüquq və kadr  xidmətlərini bu işlər üzrə ixtisaslaşmış şirkətlərə həvalə edirlər. Lakin autsorsinqin dünyada ən geniş yayılmış forması İT-autsorsinqdir


IT Autsorsingin üstünlükləri:

Daha etibarlı və keyfiyyətli xidmət əldə edirsiniz

  • Daimi işçidən (İT menecer) fərqli olaraq Logi Group şirkəti göstərdiyi xidmətlərin keyfiyyətinə və icra müddətinə  görə maddi  məsuliyyət daşıyır.
  • Daimi işçi ezamiyyətdə olarkən, xəstələndikdə və yaxud digər səbəblərdən işə gəlmədikdə təşkilat İT xidmətlərdən məhrum olur. Biz müştərilərimizə günün 24 saatı və həftənin 7 günü ərzində fasiləsiz və operativ xidmət göstəririk.
  • Daimi işçidən fərqli olaraq bizim komanda İnformasiya Texnologiyalarının müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış peşəkarlardan təşkil olunmuşdur ki, bu üstünlük bizə istənilən problemi daha tez və əsaslı həll etməyə imkan yaradır.

Maliyyə, vaxt və səxsi resurslarınıza  qənaət edirsiniz


  • İT Autsorsinq xidmətlərinin dəyəri, daimi işçinin əmək haqqından daha aşağıdır
  • Ofisdə daimi işçi  üçün yer ayırmağa ehtiyac yoxdur
  • Əmək müqaviləsi bağlamırsınız
  • Əmək haqqından vergi ödəmirsiniz
  • Kompüter, proqram təminatı və ofis texnikasının alınması, çatdırılması və quraşdırılması, ofis texnikasının təmiri , kartriclərin doldurulması, mini ATC-in köklənməsi, veb saytın  yenilənməsi və bunun kimi digər xidmətlər üçün müxtəlif təşkilatlara müraciət etmənizə ehtiyac yoxdur. Biz Sizin vaxtınıza qənaət etmək üçün bu işləri öz öhdəliyimizə götürməyə hazırıq
  • Kompüter və ofis texnikasını, proqram təminatını topdan şatış qiymətlərlə əldə edirsiniz