Şlaqbaumların quraşdırılması

Avtomatik Şlaqbaumlar – qapalı ərazilərə və nəqliyyatın, ziyarətçilərin giriş-çıxışına məhdudiyyət qoyulan bəzi yerlerə nəzarət etmək üçün ən müasir həll yoludur. Gündəlik istifadə üçün də yararlı olan bu şlaqbaumlar asan istifadəsi və yüksək keyfiyyəti ilə seçilir.

Avtomatik şlaqbaum sistemləri

Avtomatik şlaqbaum sistemləri – elektrik mühərriki, qol və bir proqram dəstəyi tərəfindən sistemdəki çipə göndərilən hərəkət əmrləri vasitəsilə işləyir. Bu sistem istəyə bağlı olaraq uzaqdan idarəetmə, düyməyə nəzarət, KGS, OGS, Proximity kimi kart oxuyucu sistemləri və bütün digər birbaşa sistemləri ilə istifadə edilə bilər.

Eyni zamanda qabaqcıl proqram əmr sistemləri sayəsində giriş-çıxışa nəzarət sistemləri(Access Control Systems) inteqrasiya edilə bilər. Beləliklə, avtomatik şlaqbaum sistemləri sayəsində müəssisə və şirkətlərin idarətmə heyəti personalın davamiyyəti və nəqliyyatın hərəkətinə nəzarəti də təmin etmiş olar.

Dayanacaqlarda nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən keçid məntəqələri olmasa, problemlərin yaranması qaçınılmazdır. Keyfiyyətli şlaqbaum sistemi avtomobilin icazəsiz girişinin qarşısını almaqla yanaşı, istənilən vaxt istənilən tıxac axının təmin edilməsinə imkan verir. Avtomatik şlaqbaum sistemləri holdinqinizə, fəaliyyət göstərdiyiniz kafe və restoranlara, yaşadığınız bina və kommersiya məqsədli istifadə etmək istədiyiniz hər hansı bölgəyə 100 %-ə qədər uyğunlaşdırılır.

Darvazalarla müqaiysədə şlaqbaumların üstün cəhətləri var: məsələn, şlaqbaum daha az həcmli olduğu üçün açılıb-bağlanması az vaxt alır, bu da keçidin daha sürətli istifadəsinə imkan verir, montajı daha az vaxt tələb edir və s.