Şəbəkələrin qurulması

Kompüterlər arasında şəbəkə ilk olaraq kabel vasitəsi ilə quraşdırılmışdır. Bu üsuldan əsasən inzibati binanın daxilində LKŞ-in yaradılması üçün istifadə olunur. Kabel vasitəsi ilə inzibati binadan maksimum 500 metr məsəfadə yerləşən obyeklər arasında da LKŞ qurmaq mümkündür. LKŞ qurmaq üçün  CAT5, CAT6 və CAT7 kateqoriyalarına aid kabellərdən istifadə olunur. Bu kateqoriyalara aid kabellər bir-birindən informasiyanı ötürmə sürətinə, dəyərinə və istifadə olunan avadanlıqlara görə fərqlənirlər. Azərbaycan Respublikası ərazisində ən çox CAT5 və CAT6 kateqoriyalarına aid kabellərdən istifadə olunur. Bu kateqoriyadan olan kabellər əsasında qurulmuş LKŞ informasiyanın 100 Meqabit/saniyədən 1000 Meqabit/saniyəyədək sürətlə ötürülməsini təmin edir.