Bina idarəetmə sistemi – BMS

Avtomatlaşdırılmış bina idarəetmə sistemlərinin qurulmasında qlobal nailiyyətlər müasir cəmiyyətin yaşayış, iş və istirahəti üçün rahat bir mühit yaratması ehtiyaclarına əsaslanır. Avandsis Group ən son avadanlıq və proqram yenilikləri və texnologiyalarından istifadə edərək, çox məqsədli kompleks bina avtomatlaşdırma sistemlərinin layihələndirilməsi və inteqrasiyası üzrə xidmətləri təklif edir. Bütün bina mühəndis sistemlərinin vahid birləşdirilmiş kompleksdə inteqrasiyası bina təmirinin xərclərini əhəmiyyətli dərəcədə azaldır və etibarlılıq, rahatlıq, yüksək səviyyədə təhlükəsizlik və ehtiyatlara qənaəti təmin edir.

Bina İdarəetmə Sistemi
Evlərin və mənzillərin, yaşayış komplekslərinin, otellərin, biznes və ticarət mərkəzlərinin, xəstəxanaların, sənaye sektorunun inzibati binalarının, dövlət və kommersiya ofislərinin və digər obyektlərin idarə edilməsi Avtomatlaşdırılmış Bina İdarəetmə Sistemi (BMS) vasitəsilə həyata keçirilir.
BMS binaların aşağıdakı mühəndislik sistemlərinə nəzarət edir:

• İstilik, Havalandırma və Havanın İqlimləndirilməsi (HVAC) – havanın təravətliliyi, rütubət və temperaturun minimal resurs istehlakı ilə təmin edilməsi;
• Qaz və su təchizatı - avtomatlaşdırılmış su və qaz təchizatı, çənin doldurulması, qaz və su borularının monitorinqi;
• Enerji təchizatı və işıqlandırma - fasiləsiz enerji təchizatı;
• İT və telekommunikasiyalar – internet və telefon rabitəsi, radio, TV və s. sistemlərin təminatı;
• Təhlükəsizlik – video nəzarət, giriş nəzarəti, səsli elan, yanğın siqnalizasiyası, təhlükəsizlik siqnalı.

BMS-nin üstünlükləri
• Qənaət– elektrik təchizatı, su və qaz təchizatı, istilik və kondisioner sistemlərinin optimallaşdırılmış istismarı resursların istifadəsini əhəmiyyətli dərəcədə azaldır;
• Rahatlq– BMS yalnız bina sahiblərinə (idarəetmə baxımından) deyil, son istifadəçilər (istifadə baxımından) üçün də rahatlığı təmin edir.
• Səmərəlik– BMS-yə inteqrasiya olunan avtomatlaşdırılmış təhlükəsizlik sistemləri istənilən fövqəladə vəziyyətə dərhal reaksiya verməyə imkan verir.
Logi Group şirkətinin mütəxəssisləri aparıcı beynəlxalq şirkətlərdən bina avtomatlaşdırma və dispetçer sistemlərinin layihələndirilməsi və tətbiqi və pasportlaşdırması sahəsində böyük təcrübəyə malikdirlər.