- Həllər və xidmətlər
Ağıllı təhlükəsizlik sistemləri
Giriş-çıxışa nəzarət sistemləri
Ağıllı ev sistemləri
- Müştərilərimiz
- Tərəfdaşlar
- Haqqımızda
- Galereya
Elektron növbə sistemləri
NÖVBƏLƏRİN ELEKTRON İDARƏETMƏ SİSTEMİ
Bu sistem hər hansı bir təşkilat və ya müəssisədə müxtəlif xidmət növlərindən istifadə etmək istəyən vətəndaşların elektron növbəsini idarə etmək üçün nəzərdə tutulmuşdur və ziyarətçilərin axınının idarə edilməsini formalaşdırmaq və optimallaşdırmaq üçün yaradılmışdır. Sistemin əsas məqsədi ziyarətçilərin təşkilat daxilində məqsədyönlü şəkildə istiqamətləndirilməsi və daha çox tələb olunan xidmətlər, onların göstərilmə müddəti və digər statistikalar barədə məlumat almasıdır. Randa elektron növbə sistemləri avadanlıqları ilə quraşdırılma və xidmtə daha rahatdır
Tətbiq sahələrinə daxildir:
- Distant bank salonları və sığorta ödəmə mərkəzləri;
- Mobil və stasionar rabitə və internet provayderlərin operatorlarının müştəri mərkəzləri;
- Dövlət müəssisələri (məsələn, vergi və qeydiyyat xidmətinin, səfirlik və konsulluq idarələri);
- Pensiya fondları;
- Tibbi mərkəzlər;
- Səyahət şirkətləri;
- Viza mərkəzləri;
- Avtosalonlar, avtoservislər;
- Notariat və vəkillik kontorları;
- Aviasiya və dəmir yolu kassaları;
- Dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üçün çoxfunksiyalı mərkəzlər.
FUNKSİONAL İMKANLAR:
- Kioskdan istifadə edərək “canlı” növbədə qeydiyyat – göstərilən xidmətlər siyahısından bir xidmət seçmək imkanı ilə;
- İnternet-növbədə qeydiyyat – bir xidmət və təşkilat, ziyarət tarixi və saatı seçmə imkanı, mobil telefon vasitəsi ilə bildiriş almaq imkanı ilə;
- Virtual konsoldan istifadə edərək müvafiq müştərinin operatorları tərəfindən zəng və yönləndirmə, habelə xidmətin dayandırılması;
- Əsas ekrandan istifadə edərək növbənin cari vəziyyətinin göstərilməsi;
- Mürəkkəb konfiqurasiyalı binalar daxilində naviqasiya təlimatların göstərilməsi;
- Operatorun elektron tablosunun köməyi ilə rəf nömrəsinin, cari növbə nömrəsinin və müştərinin fərdi məlumatlarının göstərilməsi;
- Əsas lövhədən istifadə edərək əlavə reklam və məlumat məzmununun göstərilməsi;
- SMS mesajları göndərməklə internet növbəsində olan müştərilərə bildirişin göndərilməsi;
- Müəssisənin strukturunun, göstərilən xidmətlərin siyahısının, iş rejiminin (iş müddəti, fasilə, iş və qeyri-iş günləri), həmçinin operatorların sayının göstərilməsini də daxil olmaqla, administratorun iş yerində sistemin konfiqurasiyası;
- Xidmət göstərən müştərilərin ümumi sayı, xidmətlər, operatorlar və vaxt intervalları üzrə xidmət göstərən müştərilərin sayı haqqında – statistik məlumatların əldə edilməsi;
- Xidmət keyfiyyəti haqqında məlumatın əldə edilməsi.